2022-10-06

Baş konsulluğun nümayəndələri Novosibirsk şəhərinə səfəri çərçivəsində Novosibirsk vilayətinin Qanunvericilik Məclisinin vitse-spikeri seçilmiş həmyerlimiz Mayis Pirverdi oğlu Məmmədovla görüşdü

29 sentyabr 2022-ci il tarixində Baş konsul v.i.e Şöhrət Mustafayev və onu müşayiət edən nümayəndə heyəti Novosibirsk şəhərinə səfər çərçivəsində Novosibirsk vilayətinin Qanunvericilik Məclisinin vitse-spikeri seçilmiş həmyerlimiz Mayis Pirverdi oğlu Məmmədovla görüşərək, onu yeni vəzifəyə seçilməsi münasibətilə təbrik etmiş və ona gələcək fəaliyyətində uğurlar arzulamışdır.  Görüş zamanı M. Məmmədov, ona göstərilən yüksək diqqətə görə Baş konsulluğa minnətdarlığını bildirərək, təmsil etdiyi vilayətlə ölkəmiz arasında mədəni-humanitar və iqtisadi-ticari əlaqələrin daha da dərinləşməsi üçün bundan sonra da var gücü ilə çalışacağını bildirmişdir.

Arxiv üzrə axtarış