2022-10-06

Baş konsulluğun nümayəndələri Xantı-Mansiyskdə səfərdə olub

03 oktyabr 2022-ci il tarixində Xantı-Mansiysk şəhərində səfər proqramına uyğun olaraq, rəsmi tədbir Xantı-Mansiysk Muxtar Dairəsinin Dumasının sədri Boris Xoxryakovun, şəhər meri Maksim Ryaşinin və digər rəsmilərin iştirakı ilə Böyük vətən müharibəsi qurbanlarının şərəfinə ucaldılmış “Əbədi məşəl”in önünə əklil və gül dəstələrinin qoyulması ilə başlamış və daha sonra Quberniyada davam etmişdir. Görüşdə Xantı-Mansiysk Muxtar Dairəsinin qubernatorunun müavini Genkel Roman Aleksandroviç çıxış edərək bildirmişdir ki, Baş konsulluğun Muxtar dairəyə səfəri xüsusi əhəmiyyət daşıyır və onlar fürsətdən istifadə edərək Azərbaycanla iqtisadi-ticari və mədəni-humanitar sahədə əməkdaşlığın inkişafı ilə bağlı konkret təkliflərlə çıxış etmək niyyətindədirlər. Belə ki, o, XMMD-nin RF-nın neft-qaz və enerji sahəsi üzrə ixtisaslaşmış ən qabaqcıl regionu olduğunu və Azərbaycanın da bu istiqamətdə dünyada qabaqcıl ölkələr sırasında olduğunu nəzərə alaraq, XMMD ilə ölkəmiz arasında iqtisadi-ticari və mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsini təklif etmişdir. Daha sonra, o, qeyd etmişdir ki, neft-qaz sənayesindən başqa, XMMD meşə təsərrüfatı sahəsində də inkişaf etmiş regionlardan biridir. Çox geniş iş imkanlarına sahib olan və çoxsaylı azərbaycanlıların da yaşadığı Muxtar dairədə ölkəmizlə qarşılıqlı iqtisadı-ticari, mədəniyyət və humanitar sahədə əməkdaşlığın dərinləşdirilməsi xüsusilə səsləndirilən fikirlər arasında idi. Görüşdə iştirak edən XMMD ictimai, xarici əlaqələr və gənclər siyasəti departamentinin direktoru Şumakova Yelena Vitaliyevna gələcəkdə ölkəmizlə mədəniyyət, idman və təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətindən danışaraq, XMMD-nin orta məktəbləri və baxçaları ilə Azərbaycanın orta məktəbləri və baxçaları arasında əməkdaşlığın vacibliyini bildirmişdir. Eyni zamanda, o, çıxışının sonunda, Xantı-Mansiysk şəhərində yaşayan çoxsaylı soydaşlarımızın da olduğunu nəzərə alaraq, “Azərbaycan mədəniyyəti günləri”nin keçirilməsinin region üçün ciddi hadisə olacağını xüsusi vurğulamışdır. Sonda XMMD-nin digər dövlət qurumlarının nümayəndələri də çıxış edərək, yuxarıda səsləndirilən fikirləri dəstəklədiklərini bildirmişlər.

Daha sonra, Baş konsul v.i.e Şöhrət Mustafayev çıxış edərək, cənab qubernatorun müavini G.R. Aleksandroviçə səmimi qonaqpərvərliyə görə təşəkkür etdi və ölkələrimiz arasında bütün sahələr üzrə səmərəli əməkdaşlığın nümunəvi xarakter daşıdığından, qarşılıqlı ticarətin və investisiyaların durmadan artmasının, mükəmməl müqavilə-hüquqi bazasının olmasının ikitərəfli münasibətlərin dinamik inkişafının əyani sübutu olduğundan bəhs etdi.

Eyni zamanda o, dərin tarixi köklərə, mənəvi-mədəni yaxınlığa bağlı olan xalqlarımız arasında dostluğun, mehriban qonşuluğun və qarşılıqlı anlaşmanın möhkəmlənməsində mədəni-humanitar əlaqələrin xüsusi yer tutduğunu bildirərək, mədəniyyət və təhsil sahəsində əməkdaşlığımızın ən yüksək səviyyədə olmasının məmnuniyyət verici olduğunu bildirdi. Sonda Ş. Mustafayev, gələcəkdə XMMD ilə iqtisadi, mədəni və təhsil əlaqələrinin daha da inkişaf etdirilməsi üçün zəruri tədbirlərin görülməsinin vacibliyini qeyd etdi.

Baş konsulluğun XMMD-yə səfəri yerli KİV orqanlarında geniş işıqlandırılmışdır:

  1. https://www.dumahmao.ru/fractions/kprf/newskprf/?ELEMENT_ID=72802
  2. https://www.dumahmao.ru/?ELEMENT_ID=72791
  3. https://www.n-vartovsk.ru/news/citywide_news/news_adm/446241.html
  4. https://youtu.be/teb77QqzCBQ
  5. https://pulse.mail.ru/article/yugra-i-azerbajdzhan-obmenyayutsya-opytom-v-razvitii-tek-2146957033096343749-1668688448363988535/  

Arxiv üzrə axtarış