2022-12-12

Baş konsulluqda Ulu öndər Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə bağlı anım tədbiri keçirildi

12 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş konsulluğunda Ulu öndər Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə bağlı anım tədbiri keçirilmişdir. Tədbir Baş konsulluğun görüş zalında Ulu öndərin  əziz xatirəsinə ehtiram əlaməti olaraq Baş konsulluğun kollektivi, diaspora fəalları, tələbələr və yerli professorlar tərəfindən Ulu Öndərin büstünün önünə gül dəstələrinin qoyulması ilə başlamış və daha sonra natiqlərin çıxışları ilə davam etmişdir.

Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş konsulu vəzifələrini icra edən Şöhrət Mustafayev çıxış edərək, Ulu Öndərin şərəfli ömür yolundan bəhs etmiş, onun Azərbaycan tarixindəki rolundan danışmışdır. Eyni zamanda o, qeyd etmişdir ki, Ulu öndər gələcəyimizi işıqlandıran parlaq sima olaraq, ölkəmizi işıqlı gələcəyə aparan siyasi xətti müəyyən etmiş və həmin siyasi kurs möhtərəm cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.

Daha sonra çıxış edən “Azərbaycan-Ural” İctimai Milli-mədəni təşkilatının sədri Şahin Şıxlinski, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının Sverdlovsk vilayətindəki rəhbəri Toğrul Həsənzadə, Ural Dövlət Mədən Universitetinin professoru Vladislav Petroviçin və Müşfiq Ağababayev çıxış edərək Ümummilli Liderin diaspora, təhsil və gənclər siyasətindən bəhs etmişlər.      

     

Arxiv üzrə axtarış