2022-12-27
Vətəndaşların nəzərinə!
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə 31 dekabr 2022-ci ildən – 05 yanvar 2023-cü il tarixinə qədər ölkəmizdə qeyri iş günləri kimi müəyyən olunmuşdur. Müvafiq qərara uyğun olaraq, həmin tarixlərdə Baş konsulluq bağlı olacaqdır.
Xahiş edirik nəzərə alasınız.
Bayramımız mübarək olsun!