Baş konsulluqda Xocalı həftəsi çərçivəsində Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş tədbiri keçirilib
22 fevral 2023-cü ildə Xocalı həftəsi çərçivəsində Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş Konsulluğunda Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş 1-ci anım tədbiri keçirildi. Baş konsulluğun əməkdaşları və yerli diaspor nümayəndələri anım tədbirində iştirak edərək, soyqırımı qurbanlarının əziz xatirəsinə həsr olunmuş fotoguşələrə gül dəstələri düzüblər. Bundan sonra tədbirin rəsmi hissəsi şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himnimizin səsləndirilməsi ilə başlayıb. Tədbirdə çıxış edən Baş konsul v.i.e Şöhrət Mustafayev, “Azərbaycan-Ural” İctimai Milli Mədəni Təşkilatının sədri Şahin Şıxlinski, Ural Dövlət İqtisad Universitetinin dosenti Müşfiq Ağababayev, I Qarabağ Müharibəsi iştirakçısı Rafiq İsmayılov Xocalı soyqırımı haqqında danışmış və Xocalı soyqırımına beynəlxalq hüquqi qiymətin veriləcəyi günü, habelə bu cinayəti törədənlərin Srebrenitsa soyqırımını törədənlər kimi, Beynəlxalq Ədalət Məhkəməsinə çıxarılacağı günü səbirsizliklə gözlədiklərini qeyd ediblər. https://azertag.az/xeber/2502239
Xocalıya Ədalət
Справедливость Ходжалы
Justice for Khojaly