2023-02-28
24 fevral tarixində Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş Konsulluğu tərəfindən Surqut şəhərində 2023-cü ilin ilk səyyar konsulluq xidməti keçirildi
Səyyar konsulluq xidməti zamanı Surqut şəhərində yaşayan çoxsaylı Azərbaycan Respublikası vətəndaşlarını konsulluq sahəsi üzrə maraqlandıran suallar cavablandırıldı, yerində həll olunması mümkün olan problemlər yerində həll olundu. Bununla yanaşı, vətəndaşların Baş konsulluqda həll olunmalı sənəd müraciətləri qəbul olunmuşdur.