2023-02-28

26 fevral tarixində Surqut şəhərində fəaliyyət göstərən “Azərbaycan-Birlik” təşkilatı Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi üçün ehsan mərasimi təşkil etdi

Ehsan mərasimində Baş konsulluğun nümayəndələri, Surqut şəhərində yaşayan həmvətənlərimiz və habelə yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Mərasimdə soyqırım qurbanları xatırlanmış və onların əziz xatirəsinə Qurani-kərim ayətləri oxunmuşdur. Məclisin gedişatında Baş konsul v.i.e Şöhrət Mustafayev, “Azərbaycan-Birlik” təşkilatının sədri Azad Seyidov, qurumun sədr müavini Amil Abbasov və Xantı-Mansiysk Muxtar Dairəsinin deputatı Xalıq Tağızadə çıxış edərək erməni terrorizmini pisləmiş, Xocalı soyqırımı və Vətən savaşı haqqında ətraflı danışmışlar. Allah Xocalı soyqırımı qurbanlarına, eləcə də vətənimizin suverenliyi, müstəqilliyi, birliyi və bərabərliyi uğrunda canlarından keçmiş şəhidlərimizə rəhmət eləsin, qazilərimizə tezliklə şəfa versin!

Xocalıya Ədalət

Справедливость Ходжалы

Justice for Khojaly

Arxiv üzrə axtarış