2023-02-28

27 fevral tarixində Yekaterinburqda “Xocalıya ədalət” kampaniyası çərçivəsində Ural Dövlət Konservatoriyasının Kamera Orkestrinin müşayiəti ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş gecə keçirilmişdir

"Azərbaycan-Ural" İctimai Milli Mədəni Təşkilatının təşkilatçılığı və Azərbaycan Respublikasının Yekaterinburqdakı Baş Konsulluğunun, habelə Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Sverdlovsk vilayətindək nümayəndəliyinin dəstəyi ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş anım gecəsində Yekaterinburqda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, yerli ictimai-siyasi xadimlər, digər xalqların diaspor sədrləri və soydaşlarımız iştirak ediblər.

Tədbir iştirakçıları foyedə Xocalı soyqırımı ilə bağlı fotoşəkillərdən ibarət təşkil olunan sərgi ilə yaxından tanış olublar. Sərgi ilə tanışlıqdan sonra tədbir soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, Dövlət Himnlərinin səsləndirilməsi və çıxışlarla davam edib. Dövlət Himnlərinin ifasından sonra aşağıdakı ardıcıllıqla “Azərbaycan-Ural” İctimai Milli Mədəniyyət Təşkilatının sədri Şahin Şıxlinski, Azərbaycan Respublikasının Yekaterinburqdakı Baş konsulu v.i.e Şöhrət Mustafayev, Ural Federal Universitetinin professoru, azərbaycanşünaslıq kafedrasının müdiri Aleksandr Nesterev, o cümlədən Azərbaycan diasporasının aparıcı nümayəndələri çıxış ediblər. Çıxış edənlər Xocalı soyqırımının tarixi və hüquqi aspektlərindən danışıb, erməni terrorizmini pisləyiblər. Eyni zamanda, natiqlər Xocalı soyqırımında günahkarların cəzalandırılmasını, habelə Xocalıda baş verənlərin soyqırım aktı kimi qəbul edilərək beynəlxalq hüquqi qiymətin veriləcəyi günü səbirsizliklə gözlədiklərini qeyd ediblər. Çıxışlardan sonra Oleq Qayumovun dirijorluğu ilə Ural Dövlət Konservatoriyasının Kamera Orkestri Soyqırımı qurbanlarının əziz xatirəsinə həsr olunmuş Fikrət Əmirovun, Qara Qarayevin və Tofiq Quliyevin əsərlərini ifa edib. https://azertag.az/xeber/2510111

XocalıyaƏdalət

Справедливость Ходжалы

Justice for Khojaly

Arxiv üzrə axtarış