2023-03-27

Baş Konsulluğun dəstəyi ilə Ural Federal Universitetinin azərbaycanlı tələbələri universitetdə keçirilən Novruz şənliyində ənənəvi təqdimatla çıxış etdilər

Mart ayının 22-də Ural Federal Universitetində keçirilən Novruz şənliyi çərçivəsində Baş Konsulluğun dəstəyi ilə UrFU-nun azərbaycanlı tələbələri Novruz bayramının ənənəvi təqdimatını keçirmişlər. Baş Konsulluğun əməkdaşları tədbirdə fəal iştirak etmiş və tələbələrə dəstək olmuşlar. Novruz bayramı şənliyində UrFU-nun rektoru Viktor Anatolyeviç Kokşarov, digər rəhbər şəxslər, çoxsaylı yerli və əcnəbi tələbələr Azərbaycan masasını ziyarət edərək tələbələrimizin çıxışını yüksək qiymətləndiriblər.

Arxiv üzrə axtarış