Azərbaycanın Yekaterinburq şəhərindəki Baş Konsulluğunun nümayəndələri Kurqan vilayətinin qubernatorunun müavini Vladimir Arxipov ilə görüşüb
Aprelin 14-də Azərbaycanın Yekaterinburq şəhərindəki baş konsulu vəzifələrini icra edən Şöhrət Mustafayev Kurqan vilayətinə səfəri çərçivəsində vilayət qubernatorunun müavini Vladimir Arxipov ilə görüşüb.
Görüşdə Kurqan vilayəti ilə Azərbaycan arasında iqtisadi və humanitar sahələrdə münasibətlərin dinamikası müzakirə olunub.
Kurqan vilayəti ticarət palatasının prezidenti İlya Nazarenko neft-qaz sənayesi avadanlıqlarının istehsalı üzrə ixtisaslaşmış müəssisələrin ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
Ş.Mustafayev öz növbəsində Azərbaycanın sənaye və turizm imkanlarından bəhs edərək, ölkəmizin Rusiyanın federal subyektləri ilə çox yaxın münasibətlərinin olduğunu qeyd edib və Kurqan vilayəti ilə də əməkdaşlığın inkişafının əhəmiyyətini vurğulayıb.