2023-04-23

Kurqan şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan muğam gecəsi” keçirilib

Aprelin 14-də Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş Konsulluğunun və Kurqan azərbaycanlılarının “Odlar Yurdu” regional milli-mədəni ictimai təşkilatının birgə təşkilatçılığı ilə Kurqan şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Respublikasının Xalq artisti, Mənsum İbrahimovun rəhbərliyi ilə “Qarabağ” muğam qrupunun ifasında “Azərbaycan Muğam Gecəsi” keçirildi. “Azərbaycan muğam gecəsi” nin proqramı furşet, açılış mərasimi və konsert hissələrindən ibarət idi. Gecədə Kurqan Regional Dumasının sədri Dmitri Vladimiroviç Frolov, vilayətin qubernator müavini Natalya Nikolayevna Kirillova, həmçinin çoxsaylı yerli dövlət və hökumət, parlament, elm və təhsil nümayəndələri, ictimai-siyasi xadimlər, bu şəhərdə yaşayan və təhsil alan həmvətənlərimiz iştirak ediblər.

Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının və Rusiya Federasiyasının dövlət himnlərinin səslənməsi ilə başlayaraq, Baş konsul v.i.e Şöhrət Mustafayevin, Kurqan Regional Dumasının sədri Dmitri Frolovun, vilayətin qubernator müavini Natalya Nikolaevnanın, Kurqan azərbaycanlılarının “Odlar Yurdu” regional milli-mədəni ictimai təşkilatının sədri Niftulla Niftullayevin çıxışları ilə davam edib. Natiqlər Ümummilli Lider Heydər Əliyevin nəinki Azərbaycanda, o cümlədən regionumuzda və dünya siyasətində oynadığı roldan, habelə çox əsirlik mehriban qonşuluq və dostluq sınaqlarından məharətlə çıxmağı bacarmış Azərbaycan-Rusiya münasibətlərinə töhfəsindən ətraflı danışıblar. Eyni zamanda, çıxışlarda xüsusi vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyev həm öz xalqının, həm də dünya siyasətinin tarixində önəmli rol oynamış az saylı dahi şəxsiyyətlərdən biri olub. Rəsmi çıxışlardan sonra, tədbir “Qarabağ” muğam qrupunun təqdimatında konsert proqramı ilə davam etmişdir. Konsertin sonunda, tamaşaçılar tərəfindən Xalq artisti Mənsum İbrahimova və onu müşayiət edən xalq və əməkdar artistlərimizə gül dəstələri təqdim olunmuş və sənətçilərimizə möhtəşəm performanslarına görə təşəkkür olunmuşdur.

https://azertag.az/xeber/2575004

https://azertag.az/xeber/2575031

https://www.youtube.com/watch?v=1m0RfUWca4Y

https://www.youtube.com/watch?v=XVcWvwnCpX8

 

 

Arxiv üzrə axtarış