2023-04-23

Azərbaycan Respublikasının Yekaterinburqdakı Baş Konsulluğu Kurqan şəhərindəki Azərbaycan diasporunun fəallarına təşəkkür etdi

Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş Konsulluğunun nümayəndələri Ümummilli Lider Heydər Əliyevin 100 illik yubleyi ilə əlaqədar olaraq, Kurqan şəhərinə səfəri çərçivəsində Azərbaycan diasporunun nümayəndələri ilə birlikdə Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə ehtiram əlaməti olaraq, "əbədi məşəl" önünə gül dəstələri qoyub.
Daha sonra Baş Konsulluq adından bu şəhərdə yaşayan bir qrup diaspor fəalına Ümummilli Liderin 100 illiyinə həsr olunmuş rəsmi qəbula, sərgiyə və “Azərbaycan muğam gecəsi”nə dəstək olduqlarına görə, təşəkkür olundu.

Arxiv üzrə axtarış