2023-04-23

Xabarovsk Uzaq Şərq Dövlət Elmi Kitabxanasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubleyinə həsr olunmuş “Гейдар Алиев – взгляд из России” kitabının və filminin təqdimatı və sərgi keçirildi

Aprelin 19-da Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş Konsulluğunun və Xabarovsk diyarı “Azərbaycanlıların Birliyi” ictimai təşkilatının birgə təşkilatçılığı ilə Xabarovsk Uzaq Şərq Dövlət Elmi Kitabxanasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubleyinə həsr olunmuş “Heydər Əliyev – Rusiyadan baxış” kitabının və filminin təqdimat mərasimi, habelə sərgi və M.F. Axundov adına Azərbaycan Milli Kitabxanası ilə video formatda tədbir keçirildi. Tədbirdə Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki baş konsulu v.i.e Şöhrət Mustafayev, Xabarovsk diyarı Azərbaycanlılarının Birliyi ictimai təşkilatının rəhbəri Məmməd İsgəndərov, «Гейдар Алиев – Взгляд из России» kitabının müəllifləri Mixail Konstantinoviç Çerniyakov və Kamal Çolu oğlu Əkbərov, Xabarovsk Sakit Okean Universitetinin professoru, kafedra müdiri Vurğun Mehtiyev və Xabarovsk Uzaq Şərq Dövlət Elmi Kitabxanasının direktor müavini Qalina Starkina çıxış edərək, həm «Гейдар Алиев – Взгляд из России» monoqrafiyasının, həm də bu tədbirin ölkələrimiz arasında elm və təhsil sahəsində münasibətlərin daha da dərinləşməsinə xidmət edəcəyini, Heydər Əliyev şəxsiyyətinin ictimaiətə düzgün çatdırılmasına böyük töhfə verəcəyini bildirmişlər. Eyni zamanda, natiqlər, Ümummilli Lider Heydər Əliyevin nəinki Azərbaycanda, o cümlədən regionumuzda və dünya siyasətində oynadığı roldan, habelə çox əsirlik mehriban qonşuluq və dostluq sınaqlarından məharətlə çıxmağı bacarmış Azərbaycan-Rusiya münasibətlərinə töhfəsindən ətraflı danışıblar. Habelə, çıxışlarda xüsusilə vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyev həm öz xalqının, həm də dünya siyasətinin tarixində önəmli rol oynamış az saylı dahi şəxsiyyətlərdən biri olub. Tədbirin sonunda Azərbaycan diaspor fəallarına Baş konsulluq adından təşəkkür məktubu təqdim olundu. 

https://azertag.az/xeber/2582909

 https://www.youtube.com/watch?v=9ukPRujRJbQ

Arxiv üzrə axtarış