2023-04-08

Azərbaycan Respublikasının Yekaterinburqdakı Baş Konsulluğu iftar süfrəsi təşkil edib

Aprelin 7-də Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş Konsulluğu tərəfindən həmin şəhərin müxtəlif universitetlərində təhsil alan azərbaycanlı və Anadoludan olan tələbələr, habelə diaspor fəalları üçün iftar süfrəsi təşkil edilib. İftardan əvvəl Baş Konsulluğun ictimai işlərində fəal dəstəyinə görə, bir qrup diaspor fəalına təşəkkür olunub, daha sonra müqəddəs Qurani-Kərimdən ayələr səsləndirilib. İftar proqramında çıxış edən baş konsul v.i.e Şöhrət Mustafayev tələbələr və diaspor fəalları qarşısında çıxış edərək, onların problemləri ilə yaxından maraqlanıb.
Tədbirdə Baş Konsulluğun əməkdaşları, “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri Şahin Şıxlinski, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının Sverdlovsk vilayətindəki nümayəndəliyinin rəhbəri Toğrul Həsənzadə iştirak edib.

Arxiv üzrə axtarış