2023-06-22

Maqadanda “Heydər Əliyev – Rusiyadan baxış” kitabının təqdimatı olub

Maqadanda Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev – Rusiyadan baxış” kitabının və filminin təqdimat mərasimi keçirilib.

Tədbir Azərbaycanın Yekaterinburq şəhərindəki Baş konsulluğunun və Maqadan vilayətinin “Birlik” Azərbaycan diasporu ictimai təşkilatının birgə təşkilatçılığı ilə A.S.Puşkin adına Maqadan Regional Universal Elmi Kitabxanasında təşkil olunub.

Tədbirdə Azərbaycanın Yekaterinburq şəhərindəki baş konsulu vəzifəsini icra edən Şöhrət Mustafayev, Maqadan vilayətinin “Birlik” Azərbaycan diasporu ictimai təşkilatının sədri Ramil Rəhimov, “Heydər Əliyev – Rusiyadan baxış” kitabının müəllifləri Mixail Çernyakov və Kamal Əkbərov çıxış edərək, tədbirin 15 İyun - Milli Qurtuluş Gününə təsadüf etməsinin əhəmiyyətindən, “Heydər Əliyev – Rusiyadan baxış” kitabının mahiyyətindən danışıblar, tədbirin ölkələrimiz arasında elm və təhsil sahəsində münasibətlərin daha da dərinləşməsinə xidmət edəcəyini, Heydər Əliyev şəxsiyyəti barədə ictimaiyyətin ətraflı məlumatlandırılmasına böyük töhfə verəcəyini vurğulayıblar.

Natiqlər Ümummilli Lider Heydər Əliyevin nəinki Azərbaycanda, o cümlədən dünya siyasətində oynadığı roldan, çoxəsrlik Azərbaycan-Rusiya münasibətlərinə töhfəsindən ətraflı danışıblar. Çıxışlarda xüsusilə vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyev həm öz xalqının, həm də dünya siyasətinin tarixində önəmli rol oynamış dahi şəxsiyyətlərdən biridir.

Ş.Mustafayev tədbirin yüksək səviyyədə təşkilinə dəstəyə görə Maqadan vilayətinin rəhbərliyinə, kitabxananın müdiriyyətinə, Azərbaycan diaspor təşkilatına təşəkkürünü ifadə edib. Təqdimat mərasimində Azərbaycan diasporunun fəalları ilə yanaşı, yerli ictimaiyyətin nümayəndələri və Maqadan şəhərinin meri Yuri Qrişan da iştirak ediblər.

https://azertag.az/xeber/2662397

Arxiv üzrə axtarış