2023-06-22

Kamçatka diyarı ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycanın Rusiyanın Yekaterinburq şəhərindəki baş konsulu vəzifələrini icra edən Şöhrət Mustafayev Kamçatka diyarına səfəri çərçivəsində diyarın qubernatoru Vladimir Solodov ilə görüşüb.

Görüşdə Kamçatka diyarı ilə Azərbaycan arasında bir sıra sahələrdə əməkdaşlığın dinamikası müzakirə olunub.

Qubernator Vladimir Solodov Kamçatkada turizmin və balıqçılıq sənayesinin inkişaf etdiyini bildirib və bu istiqamətdə ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib. Ş.Mustafayev öz növbəsində Azərbaycanın iqtisadi və turizm imkanlarından bəhs edib və ölkəmizin Rusiyanın müxtəlif federal subyektləri ilə iqtisadi, mədəni və humanitar sahədə çox sıx münasibətlərin olduğunu vurğulayıb.

Görüşdə qubernatora Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Baş konsulluğun dəstəyi ilə Rusiyada çap olunmuş “Heydər Əliyev - Rusiyadan baxış” kitabı və milli xalça suveniri hədiyyə olunub.

https://azertag.az/xeber/2666048

Arxiv üzrə axtarış