2023-06-22

Rusiya regionlarında yaşayan soydaşlarımız üçün səyyar konsulluq xidməti təşkil edilib

Azərbaycanın Rusiyanın Yekaterinburq şəhərindəki Baş konsulluğu İrkutsk, Maqadan və Kamçatka şəhərlərində yaşayan soydaşlarımız üçün səyyar konsulluq xidməti həyata keçirib.

Səyyar qəbulda vətəndaşları maraqlandıran suallar baş konsul vəzifəsini icra edən Şöhrət Mustafayev tərəfindən cavablandırılıb, onların qarşılaşdıqları problemlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək vətəndaş- konsulluq münasibətlərində daha səmərəli işin qurulması üçün müvafiq qeydlər götürülüb.

Görüş iştirakçılarına Yekaterinburq Baş konsulluğunda konsulluq xidməti üzrə tətbiq olunan yeniliklər, xüsusilə IVR (Interactive Voice Response) sistemi, elektron qəbul sistemi, elektron və fiziki poçt vasitəsilə uzaqdan müraciət qaydaları haqqında məlumat verilib. Həmin regionlarda yaşayan Azərbaycan vətəndaşlarının konsulluq əməliyyatları ilə bağlı sənəd müraciətləri yerində qəbul olunub.

https://azertag.az/xeber/2666030

Arxiv üzrə axtarış