2023-06-22

Kamçatkada “Heydər Əliyev – Rusiyadan baxış” kitabının təqdimatı keçirilib

S.P.Krasheninnikov adına Kamçatka Regional Elmi Kitabxanasında Azərbaycanın Yekaterinburq şəhərindəki Baş Konsulluğunun və Kamçatka “Azəri” Azərbaycan diasporu ictimai təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev – Rusiyadan baxış” kitabının və filminin təqdimat mərasimi keçirilib.

Tədbirdə Azərbaycanın Yekaterinburq şəhərindəki baş konsulu vəzifəsini icra edən Şöhrət Mustafayev, Kamçatka “Azəri” Azərbaycan diasporu ictimai təşkilatının sədri Ramazan Hüseynov, Kamçatka diyarı hökumətinin müavini Pavel Yseviç, Kamçatka diyarının Qanunvericilik Məclisinin deputatları, digər xalqların diaspor sədrləri, o cümlədən “Heydər Əliyev – Rusiyadan baxış” kitabının müəllifləri Mixail Çernyakov və Kamal Əkbərov çıxış edərək, nəşrin mahiyyətindən danışıb, bu tədbirin ölkələrimiz arasında elm və təhsil sahəsində münasibətlərin daha da dərinləşməsinə xidmət edəcəyini və Heydər Əliyevin xidmətlərinin cəmiyyətə daha ətraflı çatdırılması işinə töhfə verəcəyini bildiriblər.

Natiqlər Ümummilli Lider Heydər Əliyevin dünya siyasətində oynadığı roldan, habelə mehriban qonşuluq və dostluq sınaqlarından məharətlə çıxmağı bacarmış Azərbaycan-Rusiya münasibətlərinə töhfəsindən ətraflı danışıblar. Çıxışlarda xüsusilə vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyev həm öz xalqının, həm də dünya siyasətinin tarixində önəmli rol oynamış dahi şəxsiyyətlərdən biridir.

https://azertag.az/xeber/2667923

Arxiv üzrə axtarış