2023-08-14

11-13 avqust tarixində Sverdlovsk vilayətinin İrbit şəhərində keçirilən ənənəvi İrbit Çay Festivalında (İrbit yarmarkasında - 2023) ölkəmizi Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş konsulluğunun təşkilatçılığı və “Azərçay”ın Ural nümayəndəliyinin dəstəyi ilə yüksək səviyyədə iştirak etmişdir

Festivalda Azərbaycan üçün ayrılan çadırda ölkəmizin müxtəlif çay çeşidləri ilə yanaşı, xalqımızın tarixi sənət nümunələrini və Qarabağın simvollarını özündə əks etdirən foto, kitab, suvenir və.s əyani vəsaitlər nümayiş etdirilmişdir. Azərbaycan çadırını çoxsaylı qonaqlarla yanaşı, Sverdlovsk vilayətinin qubernatoru cənab Y.V. Kuyvaşev ziyarət etmiş və çadırda nümayiş olunan mədəniyyət nümunələri ilə yaxından tanış olmuşdur.

Arxiv üzrə axtarış