2023-08-21

Yekaterinburq şəhərinin 300 illik yubiley tədbirlərində ölkəmizin mədəniyyət xadimləri milli mədəniyyətimizin incilərini yüksək səviyyədə təqdim etdilər

17-19 avqust tarixlərində Yekaterinburq şəhərinin əsasının qoyulmasının 300 illik yubileyi ilə əlaqədar şəhər səviyyəsində çoxsaylı mədəni və idman tədbirləri təşkil olunmuşdur. Həmin tədbirlərin əsasını təşkil edən konsert proqramlarında Azərbaycan Respublikasının Xalq artisti Əlibaba Rzayevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Dövlət Nəfəsli Alətlər orkestri və Rusiya Federasiyasının Krasnoyarsk şəhərində fəaliyyət göstərən, Azərbaycan Respublikasının Əməkdar artisti Aqil Cəfərovun rəhbərliyi ilə “Odlar yurdu” Azərbaycan xalq mahnı və rəqs ansamblı şəhərin mərkəzi yerlərində qurulmuş bağlı və açıq səhnələrində (4 səhnədə - 2500 nəfərlik Kosmos konsert zalının (bağlı) səhnəsində, Mayakovski parkının açıq hava “yay teatrında”, “Platina” adlandırılan tarixi ərazidə və “Veer Mol” adlandırılan bölgədə qurulmuş açıq hava səhnələrində) milli mədəniyyətimizin nümunələrini yüksək səviyyədə nümayiş etdirmişlər. Xalqımızın mədəniyyət xadimlərinin yüksək təqdimatı həm şəhər rəhbərliyi, həm yubiley tədbirlərində iştirak edən yerli və xarici qonaqlar, həm də şəhər ictimaiəti tərəfindən yüksək qiymətləndirilmişdir. Baş Konsulluq bütün rəsmi tədbirlərdə yaxından iştirak etmişdir.

Arxiv üzrə axtarış