2023-09-04

Koqalım şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi və konsert keçirilib

02 sentyabrda Azərbaycan Respublikasının Yekaterinburqdakı Baş Konsulluğunun və Koqalım “Dostluq” milli mədəni təşkilatının birgə təşkilatçılığı ilə Xantı-Mansiysk Muxtar Dairəsinin Koqalım şəhərində “şəhər günləri” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi və konsert keçirilib. Əvvəlcə fotosərgi ilə tanış olan tədbir iştirakçıları daha sonra Baş Konsulluğun dəstəyi ilə çəkilmiş “Гейдар Алиев – взгляд из России” filminə baxıblar. Tədbirin proqramının rəsmi hissəsində baş konsul v.i.e Şöhrət Mustafayev Ümummilli Liderin həyat və yaradıcılığından danışaraq,  onun Azərbaycan-Rusiya münasibətlərinə verdiyi töhfələrdən bəhs edib. Yerli və azərbaycanlılardan ibarət müxtəlif mədəniyyət kollektivlərinin konsert proqramı ilə davam edən tədbirdə Koqalım şəhərinin merinin birinci müavini Yarema Roman Yaroslavoviç, çoxsaylı şəhər ictimaiəti və bu şəhərdə yaşayan azərbaycanlılar iştirak ediblər. Yekunda Ümummilli Liderin xatirəsinə həsr olunmuş ağac əkmə aksiyası keçirilib.

Tədbirdən sonra Baş Konsulluğun təşəbbüsü və dəstəyi ilə nəşr olunmuş və Ümummilli Lider Heydər Əliyevin 100 illik yubleyinə həsr edilən “Гейдар Алиев – взгляд из России” adlı monoqrafiyanın 2 nüsxəsi şəhərin Mərkəzi Kitabxanasına, bir neçə nüsxə isə şəhər ictimaiəti və diaspor fəallarına təqdim olunub.

   

Arxiv üzrə axtarış