2023-11-08

Zəfər Bayramı və Bayraq Günü ilə bağlı Yekaterinburq şəhərində tədbir keçirilib

8 noyabr - Zəfər Günü və 9 noyabr - Bayraq Günü Yekaterinburq şəhərində təhsil alan şagirdlərlə birlikdə qeyd olundu. Baş Konsulluğun kollektivi və müəllim/şagird heyəti ilə yanaşı, şagirdlərin valideynlərinin də iştirak etdiyi tədbiri giriş sözü ilə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Aytən xanım açaraq proqramla bağlı iştirakçıları məlumatlandırdı. Daha sonra Azərbaycan Respublikasının dövlət himnin səslənməsi ilə başlayan tədbir çıxışlar və müxtəlif mədəni kompazisiyalarla davam etdi. Məktəbdə təşkil olunan bayram proqramı başa çatdıqdan sonra Azərbaycan diasporunun fəal nümayəndələrinin də iştirakı ilə Baş Konsulluqda dəyirmi masa təşkil olunmuş və günün mahiyətinə uyğun fikir mübadiləsi aparılmışdır.

Arxiv üzrə axtarış