2023-11-28

“Yekaterinburq” Kitabxana Mərkəzində azərbaycanlı şagird və tələbələr üçün "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan "Sehirli Xalat" filmi nümayiş olunub

27 noyabrda Baş Konsulluğun təşkilatçılığı ilə bu ilin 10 may tarixində “Heydər Əliyev İli” çərçivəsində  açılışı həyata keçirilən “Azərbaycan guşəsi"nin mövcud olduğu “Yekaterinburq” Kitabxana Mərkəzində “Oazis” Azərbaycan Dili Tədris Mərkəzinin şagirdlərinə, habelə bu şəhərdə təhsil alan bir qrup tələbəyə "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan "Sehirli Xalat" filmi (Azərbaycan dilində) nümayiş etdirilib. Filmin nümayişindən əvvəl tələbə və şagirdlər qarşısında onları maraqlandıran mövzular ətrafında çıxışlar olub və daha sonra filmin gedişatında şagirdlərə hazır qidalar verilib. Film bitdikdən sonra yüksək təəssüratlarla məkandan ayrılan tələbələr, şagirdlər və tədris müəssisəsinin müəllimləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə öz minnatdarlıqlarını bildiriblər.

Arxiv üzrə axtarış