2024-01-13

Azərbaycan Respublikasının vətəndaşı Zöhrə Əhmədovaya Krasnoyarsk diyarında səyyar konsulluq xidməti göstərilib

13 yanvarda Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş Konsulluğu tərəfindən Rusiya Federasiyasının Krasnoyarsk diyarında yaşayan və fiziki imkanı məhdud olan Azərbaycan Respublikasının vətəndaşı Zöhrə xanım Əhmədovaya yaşadığı ünvanda ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün səyyar konsulluq xidməti göstərilib.

Arxiv üzrə axtarış