2024-02-27

Xocalı soyqırımı qurbanlarının xatirəsi Yekaterinburqda anılıb

Azərbaycanın Yekaterinburqdakı Baş Konsulluğunun dəstəyi ilə Yekaterinburq şəhərində Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə müəllimlər və şagirdlər iştirak ediblər. Anım tədbirində çıxışlardan sonra şagirdlərin hazırladıqları Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiyalar təqdim olunub, eləcə də “Dərdimi çəkirəm” filmi nümayiş etdirilib. Tədbirdə müəllimlər, şagirdlər və baş konsulluğun əməkdaşları ilə yanaşı, diaspor fəalları da yaxından iştirak ediblər.

Arxiv üzrə axtarış