2024-04-01

Vətəndaşların nəzərinə!

10 - 11 APREL - RAMAZAN BAYRAMI ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 12 aprel iş günü ilə 6 aprel istirahət gününün yerləri dəyişdirilib.

Beləliklə, aprel ayında ardıcıl olaraq 5 gün –  10, 11, 12, 13 və 14 aprel tarixləri qeyri-iş günləri  olacaq. 6 aprel - şənbə günü isə rəsmi iş günüdür. Yuxarıda qeyd olunan qeyri-iş günlərində Baş Konsulluq bağlı olacaqdır.

Nəzərə almağınız xahiş olunur.

Bayramınız mübarək!

Arxiv üzrə axtarış