2024-05-10

Baş konsulluqda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Tədbirdə Baş konsulluğun kollektivi, diaspora fəalları və tələbələr tərəfindən Ulu Öndərin büstünün önünə gül dəstələri qoyulub, əziz xatirəsi hörmət və ehtiramla yad olunub.

Tədbirin davamında Baş konsul v.i.e Şöhrət Mustafayev, “Azərbaycan-Ural” İctimai Milli-mədəni təşkilatının sədri Şahin Şıxlinski, diaspora fəalları Müşfiq Ağababayev, Niyaz Vəliyev və Toğrul Həsənzadə çıxış edərək Ümummilli Liderin şərəfli ömür yolundan, diaspora, təhsil və gənclər siyasətindən ətraflı bəhs ediblər.   

        

Arxiv üzrə axtarış