2024-05-23

Baş Konsulluq Novosibirsk şəhərində 2024-cü ilin 3-cü səyyar konsulluq xidmətini keçirdi

22.05.2024 –Novosibirsk şəhərində Azərbaycan Respublikasının Yekaterinburqdakı baş konsulu vəzifələrini icra edən Şöhrət Mustafayev tərəfindən Azərbaycan Respublikası vətəndaşları üçün səyyar konsul qəbulu keçirilib.

Qəbulda Baş Konsulluğun əməkdaşları Novosibirsk və Kemerovo vilayətlərindən, habelə Altay diyarından müraciət edən 100-dən çox vətəndaşı qəbul edib, vətəndaşları maraqlandıran suallar cavablandırılıb, çoxsaylı pasport və digər konsulluq əməliyyatları ilə bağlı müraciətləri yerində qəbul edilib.

Arxiv üzrə axtarış