2024-06-03

Yekaterinburqda azərbaycanlı tələbələr arasında minifutbol turniri keçirilib

01.06.2024 - “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycanın Yekaterinburqdakı Baş Konsulluğunun təçəbbüsü və təşkilatçılığı, “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının və Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Sverdlovsk vilayətindəki nümayəndəliyinin təşkilati dəstəyi ilə Yekaterinburq şəhərində təhsil alan azərbaycanlı tələbələr arasında 3-cü minifutbol turniri keçirilib.

Azərbaycanlı tələbələr arasında təşkil olunmuş turnirdə ümumilikdə 8 komanda iştirak edib.

Turnirin açılış mərasimində çıxış edən baş konsul vəzifəsini icra edən Şöhrət Mustafayev, “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri Şahin Şıxlinski, RAGB-nin Sverdlovsk vilayəti üzrə nümayəndəliyinin rəhbəri Toğrul Həsənzadə ətrah mühitin mühafizəsi və yaşıl dünya naminə ölkəmizdə Cənab Prezident İlham Əliyevin sərəncamı ilə ölkəmizdə elan olunan “Yaşıl dünya naminə həmrəylik ili”nin və bu konteksdə bu ilin noyanrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyətindən bəhs ediblər.

Çıxışlardan sonra yarışlara start verilib. Oyunların nəticələrinə əsasən, qaliblər aşağıdakı kimi müəyyənləşib:
1-ci yer - "Azklub UrFU" komandası
2-ci yer - “Araz UrFU” komandası
3-cü yer - “Laçın” komandası

İlk 3 yeri tutmuş komandalara turnirin kuboku, medalları və Baş Konsulluq tərəfindən müxtəlif məbləğdə pul mükafatları təqdim olunub. Turnirdə qalib komandalarla yanaşı, Ən yaxşı qapıçı - Nəbi Nəbiyev, Ən çox qol vuran - Namik İbrahimov, Ən yaxşı oyunçu - Nihad İsayev, Ən yaxşı müdafiəçi - Rəfail Qurbanov nominasiyalarla təltif olunublar. Komandaların digər üzvlərinə turnirdə iştirak etdiklərinə görə təşəkkürnamə verilib.

https://azertag.az/xeber/yekaterinburqda_azerbaycanli_telebeler_arasinda_minifutbol_turniri_kechirilib-3034874 

 

Arxiv üzrə axtarış