Baş Konsulluqda Ulu öndər Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib
12 dekabrda Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş Konsulluğunda Ulu öndər Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib. Baş Konsulluğun kollektivi və diaspor fəalları tərəfindən Ulu öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq büstün önünə gül dəstələrinin qoyulması ilə başlayan tədbir çıxışlarla davam edib.
Baş konsul vəzifələrini icra edən Şöhrət Mustafayev çıxış edərək, Ulu Öndərin şərəfli ömür yolundan bəhs edib, onun Azərbaycan tarixindəki rolundan danışıb. Eyni zamanda o, qeyd edib ki, Ulu öndər gələcəyimizi işıqlandıran parlaq sima olaraq, ölkəmizi işıqlı gələcəyə aparan siyasi xətti müəyyən etmişdir.
Daha sonra çıxış edən “Azərbaycan-Ural” İctimai Milli-mədəni təşkilatının sədri Şahin Şıxlinski, Yamal-Nenets Muxtar Dairəsi “Həmrəylik” Azərbaycan Regional İctimai Təşkilatının sədri Mövlud Bakirov və “Oazis” Azərbaycan məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini Aytən Vilayət qızı Baxşıyeva çıxış edərək Ümummilli Liderin diaspora, təhsil və gənclər siyasətindən bəhs ediblər.