Baş Konsulluqda təyyarə qəzası qurbanlarının xatirəsi yad edilib
25 dekabrda “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması səbəbilə ölkəmizdə elan olunmuş matəmlə əlaqədar Baş Konsulluqda başsağlığı kitabı açılıb, habelə Baş konsulluğun qarşısında xatirə lövhəsi yaradılıb. Sverdlovsk vilayətinin administrasiyasının adından vilayətin Beynəlxalq və Xarici İqtisadi Əlaqələr nazirinin müavini Lyudmila Nikolaevna Berq, habelə Vyetnam Respublikasının, Qazaxıstan Respublikasının, Macarıstanın, Özbəkistan Respublikasının, Qırğızıstan Respublikasının, Çin Xalq Respublikasının, Tacikistan Respublikasının Baş konsulları, o cümlədən çoxsaylı vətəndaşlar Baş Konsulluğa gələrək başsağlığı mesajlarını çatdırıb, həlak olanların xatirəsini dərin ehtiramla yad edib, həmrəylik nümayiş etdirib və xatirə lövhəsinə gül dəstələri qoyublar.