2025-03-07

Yekaterinburqda “Ənənəvi Azərbaycan çay süfrəsi” təşkil edilib

Martın 6-da, Azərbaycanın Yekaterinburqdakı baş konsulluğu 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Sverdlovsk vilayətində yaşayan ictimai və diplomatik dairələrdən olan xanımlar üçün “Ənənəvi Azərbaycan çay süfrəsi” təşkil edib.

AZƏRTAC xəbər verir ki, “Baku Plaza” restoranında keçirilən tədbirdə Sverdlovsk vilayəti hökumətinin, Rusiya Xarici İşlər Nazirliyinin Yekaterinburqdakı nümayəndəliyinin, diplomatik korpusun və Azərbaycan icmasının qadın nümayəndələri iştirak ediblər.

Baş konsul vəzifəsini icra edən Şöhrət Mustafayev və xanımı Könül Ağalarova dəvəti qəbul etdiklərinə və ölkəmizin mədəniyyəti və ənənələrinə maraq göstərdiklərinə görə qonaqlara təşəkkürlərini bildiriblər. Sverdlovsk vilayətinin Qanunvericilik Məclisinin sədri Lyudmila Babuşkinanın adından parlamentlərarası əlaqələr komissiyasının sədri Vyaçeslav Veqner və Sverdlovsk vilayətinin Beynəlxalq Xarici İqtisadi Əlaqələr nazirinin müavini Lyudmila Berq də təbriklərə qoşulublar.

Qonaqlara Azərbaycan çay süfrəsi ənənələri təqdim olunub və ölkənin mədəni irsi haqqında məlumat verilib. Eyni zamanda, gənc skripkaçı Saday Ağababayevin canlı ifaları və azərbaycanlı tələbələrinin ifasında rəqslər qonaqlar tərəfindən rəğbətlə qarşılanıb.

https://azertag.az/xeber/yekaterinburqda_enenevi_azerbaycan_chay_sufresi_teskil_edilib-3450611

 

Arxiv üzrə axtarış