2025-03-09
Yekaterinburqda azərbaycanlı və türkiyəli tələbələr iftar süfrəsinə toplaşıblar
Yekaterinburqda Azərbaycanın Baş Konsulluğu şəhərin müxtəlif universitetlərində təhsil alan azərbaycanlı və türkiyəli tələbələr üçün iftar süfrəsi təşkil edib.
AZƏRTAC xəbər verir ki, iftardan əvvəl Qurani-Kərimdən ayələr oxunub.
Daha sonra baş konsul v.i.e Şöhrət Mustafayev tələbələr qarşısında çıxış edərək birgə əməkdaşlığın əhəmiyyətindən danışıb və onlara gələcək həyatlarında uğurlar arzulayıb.
Tədbir mehriban və səmimi şəraitdə davam edib.