Etibarnamələrin təsdiq edilməsi

AR-in Yekaterinburq şəhərindəki Baş konsulluğunun əhatə dairəsinin nəzərə alınması ilə bağlı vətəndaşların diqqətinə!

Baş konsulluğa konsulluq xidmətləri ilə bağlı müraciət etmədən öncə 1963-cü il Konsulluq əlaqələri haqqında Vyana konvensiyasının 4-cü maddəsinin 2-ci bəndi ilə tənzimlənən konsulluq dairəsi (Konsulluq qurumunun yerləşmə məkanı, onun sinifi və konsul dairəsi yerləşdiyi ölkənin razılığı ilə təmsil olunan dövlət tərəfindən müəyyən edilir) (AR-in Yekaterinburq şəhərindəki Baş konsulluğunun konsulluq dairəsinin siyahısı) üzrə müəyyən olunmuş region prensipinin nəzərə alınması xahiş olunur.

“MOBİL NOTARİAT”

Elektron növbə portalı - https://appointment.mfa.gov.az/az 

Mobil cihazınıza “AppStore” və ya “Google Play” platfomalarından “Mobil notariat” adlı tətbiqini yükləməklə müxtəlif növ etibarnamələri və razılıq ərizələrini elektron formada rəsmiləşdirə bilərsiniz. Tətbiqin istifadəsinə dair suallarınız olarsa xahiş olunur Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi ilə əlaqə saxlayın.

Baş konsulluqda konsul bir və ya bir neçə şəxs adından bir və ya bir neçə şəxsin adına verilən etibarnaməni təsdiq edir.

Etibarnamə istənilən (nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə istisna olmaqla) müddətə verilir. Nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz.

Tələb olunan sənədlər

  • Etibar edənin şəхsiyyətini təsdiq edən sənədin əsli və surəti;
  • Etibar edilən şəxsin şəхsiyyətini təsdiq edən sənədin surəti;
  • Etibarnamənin mətnindən asılı olaraq əlavə digər sənədlər;
  • Etibarnamənin rəsmiləşdirilməsi üçün 20 ABŞ dolları məbləğində dövlət rüsumunun Baş konsulluğun bank hesabına (Bank rekvizitləri: Филиал «Центральный» Банка ВТБ, ИНН получателя: 9909058879, Номер счета получателя платежа: 40807810300280209497, БИК: 044525411, Корсчет: 30101810145250000411) ödənilməsini təsdiq edən qəbz.

Qeyd: Vətəndaş yuxarıda sədalanan sənədlərlə birlikdə şəxsən Baş konsulluğa gəlməlidir.

Son yenilənmə tarixi: 07.02.2022

Arxiv üzrə axtarış