2023-04-23

Novosibirsk şəhərində Azərbaycan Respublikasının Yekaterinburqdakı Baş Konsulluğunun dəstəyi ilə çap olunan «Гейдар Алиев – взгляд из России» kitabının təqdimatı oldu

Aprelin 17-də Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş Konsulluğunun təşkilatçılığı ilə Novosibirsk İqtisadiyyat və İdarəetmə Universitetində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubleyinə həsr olunmuş «Гейдар Алиев – Взгляд из России» kitabının və filminin təqdimat mərasimi keçirilmişdir. Təqdimat mərasimində dövlət himnlərinin səsləndirilməsi ilə başladı və «Гейдар Алиев – Взгляд из России» filmi nümayiş olundu. Filmdən sonra Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki baş konsulu v.i.e Şöhrət Mustafayev, «Гейдар Алиев – Взгляд из России» kitabının müəllifləri Mixail Konstantinoviç və Kamal Çolu oğlu, Novosibirsk vilayətinin Qanunvericilik Məclisinin sədrinin müavini Məmmədov Mayis Pirverdi oğlunun, Novosibirsk İqtisadiyyat və İdarəetmə Universitetinin rektor v.i.e Vladimir Nikolaeviç, Novosibirsk vilayətinin təhsil nazirinin müavini xanım Korolkova Svetlana Viktorovna, Novosibirsk vilayətinin uşaq hüquqları üzrə müvəkkili Boltenko Nadejda Nikolaevna çıxış edərək, «Гейдар Алиев – Взгляд из России» monoqrafiyasının ölkələrimiz arasında elm və təhsil sahəsində münasibətlərin daha da dərinləşməsinə xidmət edəcəyini, Heydər Əliyev şəxsiyyətinin ictimaiətə düzgün çatdırılmasına böyük töhfə verəcəyini bildirmişlər.

Eyni zamanda, natiqlər, Ümummilli Lider Heydər Əliyevin nəinki Azərbaycanda, o cümlədən regionumuzda və dünya siyasətində oynadığı roldan, habelə çox əsirlik mehriban qonşuluq və dostluq sınaqlarından məharətlə çıxmağı bacarmış Azərbaycan-Rusiya münasibətlərinə töhfəsindən ətraflı danışıblar. Habelə, çıxışlarda xüsusilə vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyev həm öz xalqının, həm də dünya siyasətinin tarixində önəmli rol oynamış az saylı dahi şəxsiyyətlərdən biri olub.

https://azertag.az/xeber/2577785

https://azertag.az/xeber/2578544

Arxiv üzrə axtarış